Pleyeri seçin:

Burada qadınlar çimmirlər, kişilərə isə kobud davranmaq qadağandır | ORALARDA NECƏDİR?

13 aprel 2025 663 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 7801 kilometr uzaqlıqda böyük səhraları və biomüxtəlifliyi ilə məşhur olan Namibiyadan bəhs olunub.

19-21-ci əsr memarlığının xoş qarışığı ilə alman ruhunda tikilən, almaz, turmalin, kvars, qızıl, platin və uran kimi qiymətli mineralların çıxdığı Vindhuk şəhəri bu ölkənin paytaxtıdır. Namibiyada kərgədan insandan çoxdur. Düzdür, bu, dəqiq olmasa da, belə bir deyim var. Belə ki, əhalinin sayı çox olmadığına görə vəhşi heyvanlar burada özlərini rahat hiss edir. Meymunlar əşyaları oğurlaya, antiloplar isə yolda avtomobillərlə yarışa bilər. Odur ki, kənd yerlərində və şəhərdən uzaqda yaşayan insanlar hava qaralanandan sonra heç yerə çıxmırlar.

Bu ölkədə müxtəlif qəbilələr hələ də var və oradakı qanunlar müxtəlifdir. Məsələn, Himba qəbiləsində qadınlar dünyaya uşaq gətirən zaman klinikaya gedə bilməzlər. Hətta sağlamlığı ilə bağlı hansısa problemi olsa belə.

Onlar hesab edirlər ki, hər şey təbii olmalıdır. Bu qəbilənin qadınlarının geyimlə elə də arası yoxdur. İsti havada geyimlə gəzmək hər halda onlara çətindir.

Qəbilənin qanunlarına görə, qızlara həyat yoldaşını ataları seçir və onun sözündən çıxmaq olmaz.

Burada qadınlar heç vaxt çimmirlər və saçlarını da yumurlar. Bədənlərinə gil çəkməklə kifayətlənirlər. Onlardan səbəbini soruşduqda “bu nəyə lazımdır?” cavabını verirlər.

Himba qəbiləsindəki qadınları ərləri döyərsə, qızın atası oğlanı evdən qova bilir. Amma o da var ki, bir kişi 2 qadınla evlənə bilər və burada heç bir problem yoxdur.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 663 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 663 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 663 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 663 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 663 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 663 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 663 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 663 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 663 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 663 baxış
Seçilmişlər
icon