“Çelsi”nin yeni stadion tikmək istədiyi ərazinin dəyəri 750 milyon funta yüksəlib
İngiltərənin “Çelsi” klubu Londonun “Earl’s Court” ərazisinə mümkün köçlə bağlı qəti qərar verməyə çağırılıb.
Kensinqton və Çelsi Bələdiyyəsi “Earl’s Court” sahəsində 10 milyard funt sterlinq dəyərində yaşayış və ticarət layihəsinə icazə verdikdən sonra klubun bu ərazi ilə bağlı planları daha da mürəkkəbləşib.
Layihə futbol stadionunun tikintisini nəzərdə tutmur. Qeyd olunur ki, “Çelsi” rəhbərliyi hazırkı “Stemford Bric” stadionunun 40 343 tamaşaçı tutumunun kifayət etmədiyini qəbul etsə də, yeni stadionun harada və necə tikiləcəyi ilə bağlı hələ qərar verməyib.
London siyasətində nüfuzlu şəxslərdən biri klubun artıq ya ciddi addım atmalı, ya da bu plandan imtina etməli olduğunu bildirib.
Mütəxəssislərin fikrincə, bələdiyyə dəstəyi alan mövcud layihə “Çelsi”nin “Earl’s Court” planlarını həm siyasi, həm də maliyyə baxımından çətinləşdirir. Plan təsdiqləndikdən sonra ərazinin dəyərinin 500 milyon funtdan 750 milyon funta qədər yüksələcəyi gözlənilir.
#Çelsi FK teqi istifadə olunub
- “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrik gələn ilin yanvarında futbola qayıda bilər - Baku TV
- İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Aksel Disasi klubdan ayrılacaq
- Mark Kukurella doğma ölkəsində maraq doğurub
- Tofiq Bəhramovun fit səsi, Qurban Qurbanovun "zadəganlara" dərsi
- “İdmanda nə baş verir?”in daha bir buraxılışı “Qarabağ”a həsr olundu
