Pleyeri seçin:

Cənubi Koreya Prezidentindən vacib çağırış | Buna son qoymaq lazımdır?

15 avqust 2025 460 baxış

Koreya Respublikasının Prezidenti Li Çje Munq bildirib ki, onun hökuməti KXDR-də dövlət sisteminə hörmətlə yanaşmağa hazırdır.

O, bunu Koreya yarımadasının azad edilməsinin 80-ci ildönümü ilə bağlı çıxışında deyib.

“Yonhap” agentliyi prezidentin çıxışını yayıb: “Biz hazırkı Şimali Koreya sisteminə hörmət etdiyimizi və onu udma yolu ilə birləşməyə çalışmayacağımızı təsdiq edirik. Düşmən niyyətimizin olmadığını bildiririk”.

Munqun fikrincə, Cənub və Şimal “bir-birinə düşmən deyil” və “xüsusi münasibət”lə bir-birinə bağlıdır, onun çərçivəsində sülh yolu ilə birləşməyə və bir-birinin ictimai-siyasi sistemlərinə hörmət etməyə çalışmaq lazımdır.

Li Çje-Munq həmçinin 2018-ci il sentyabrın 19-da Seul və Pxenyan arasında hərbi gərginliyin azaldılmasına dair sazişin mərhələli şəkildə bərpa olunmasının tərəfdarı olduğunu bildirib, çünki bu, qəsdən toqquşma riskini azalda bilər. Amma eyni zamanda Koreya Respublikasının prezidenti Koreya yarımadasının nüvəsizləşdirilməsinin zəruriliyində israr edib:

“Dinc Koreya yarımadası nüvə silahından azad olmalıdır və dostluq əməkdaşlığı onun əsasını təşkil etməlidir”.

Avqustun 15-də KXDR və Koreya Respublikası Koreya yarımadasının Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin 80 illiyini qeyd edir. Bundan əvvəl KXDR liderinin bacısı Kim Yo Conq bildirmişdi ki, gələcəkdə ölkənin konstitusiyasına Pxenyanın Seulla münasibətləri yaxşılaşdırmaq istəməməsi ilə bağlı müddəa əlavə oluna bilər.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 460 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 460 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 460 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 460 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 460 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 460 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 460 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 460 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 460 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 460 baxış
Seçilmişlər
icon