Cənubi Koreyadakı dəhşətli təyyarə qəzasının ilkin versiyaları açıqlandı
Cənubi Koreyanın Muan Hava Limanında qəzaya uğrayan “Boeing 737” təyyarəsinin göyərtəsində bir ailənin doqquz üzvü həlak olub.
Bu barədə Yonhap agentliyi hakimiyyət qurumlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, ailənin ən böyüyünün 80 yaşı olub. Həlak olanlar isə onu övladları və ən yaxın qohumlarıdır.
Bu arada, Cənubi Koreyada təyyarə qəzasının ilkin versiyaları açıqlanıb.
Məlumata görə, əsas versiyalar arasında quşlarla toqquşma, mühərrikdə, şassidə, əyləc sistemində nasazlıqlar, həmçinin fövqəladə hallarda uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmaması var.
Qeyd edək ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 179 nəfər həlak olub. Baş verən hadisə ilə bağlı ölkə ərazisində bir həftəlik matəm elan olunub.