Pleyeri seçin:

Cəsədinin külləri 2 qitəyə səpələnən Marlon Brando niyə tənha öldü? | ARAŞDIRMA

02 aprel 2026 319 baxış

Dünya kinosunun əfsanəsi, “Xaç atası” filmində yaratdığı Don Vito Korleone obrazı ilə yaddaşlara həkk olunan Marlon Brando şöhrətin zirvəsinə yüksəlsə də, şəxsi həyatı faciələrlə dolu olub.

Aktyorun həyatında ən çox müzakirə olunan məqamlardan biri Merilin Monro ilə münasibəti idi və Brando sonradan onun ölümünün intihar deyil, ABŞ prezidenti Con Kennedi ilə əlaqələrinə görə planlaşdırılmış qətl ola biləcəyini düşündüyünü açıqlayıb.

Ailə dramı isə illər sonra daha dəhşətli hal alıb: oğlu Kristian ögey bacısı Şeyenin sevgilisini güllələyərək öldürüb, Şeyen isə yaşadığı psixoloji sarsıntılardan sonra intihar edib.

Bu hadisələrdən sonra Brando “ata kimi uğursuz oldum” etirafını edərək ictimaiyyətdən uzaqlaşıb və getdikcə daha tənha həyat sürməyə başlayıb.

Ömrünün son illərini Taitidə tənhalıq içində keçirən aktyor ciddi xəstəliklər, piylənmə və yaddaş problemləri ilə mübarizə aparıb.

2004-cü ildə vəfat edən Brandonun cəsədi kremasiya olunub, külləri isə həm Taiti adalarına, həm də ABŞ-nin Ölüm Vadisinə səpələnib.

Beləliklə, milyonların heyran olduğu ekran dahisi şöhrət, sevgi, ailə faciələri və dərin tənhalıq içində həyatını başa vuraraq kino tarixinin ən ziddiyyətli simalarından biri kimi yadda qalıb. 

Banner
Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib

Dünya
23 oktyabr 2026 319 baxış
Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Yanacaq qiymətlərinin artması İtaliyada ərzaq təchizatını çətinləşdirib

Dünya
23 oktyabr 2026 319 baxış
Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Sosial təminatı ilə tanınan İsveç yoxsulluq və borc problemləri fonunda yeni çağırışlarla üzləşir

Dünya
23 oktyabr 2026 319 baxış
İspaniya paytaxtında bağçılıq stresə qarşı müalicə üsulu kimi tətbiq edilir

İspaniya paytaxtında bağçılıq stresə qarşı müalicə üsulu kimi tətbiq edilir

Dünya
23 oktyabr 2026 319 baxış
İraqda elektrik ustası ehtiyacı olan şagirdlərə pulsuz dərslik paylamaqla dəstək göstərir

İraqda elektrik ustası ehtiyacı olan şagirdlərə pulsuz dərslik paylamaqla dəstək göstərir

Dünya
23 oktyabr 2026 319 baxış
Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər

Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər

Dünya
23 oktyabr 2026 319 baxış
Fransada saxlanılanların sayı 3 minə çatmaq üzrədir

Fransada saxlanılanların sayı 3 minə çatmaq üzrədir

Dünya
23 oktyabr 2026 319 baxış
Yeni hesablama modeli Altsheymer xəstəliyinin hər xəstədə fərqli gedişini anlamağa kömək edə bilər

Yeni hesablama modeli Altsheymer xəstəliyinin hər xəstədə fərqli gedişini anlamağa kömək edə bilər

Dünya
23 oktyabr 2026 319 baxış
"Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV

"Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV

Dünya
23 oktyabr 2026 319 baxış
Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI

Putin Avropanın müharibə xəbərdarlıqlarına nə cavab verdi? - Baku TV CANLI

Dünya
23 oktyabr 2026 319 baxış
Seçilmişlər
icon