Çin alimlərindən inqilabi kəşf | İnfraqırmızı işığı görünən işığa çevirən linzalar yaradıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Çinli alimlər qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlayıblar.
Bildirilib ki, o, görünməyən infraqırmızı işığı görünən işığa çevirir. Bu da insan gözünün tanıdığı spektrdə görüntü yaratmaqla qaranlıqda görməyə imkan verir.
Ən maraqlı cəhətlərdən biri odur ki, linzalar göz qapaqları bağlı olduqda da işləyir. İnfraqırmızı işıq qapaqlardan keçərək daha dəqiq görüntü yaradır.
Linzalar əvvəlcə siçanlar üzərində sınaqdan keçirilib. Onlar infraqırmızı işığın olduğu sahələrdən qaçaraq qaranlıq bölgələrə üstünlük veriblər. Bu, onların infraqırmızı işığı görə bildiklərini sübut edib.
Daha sonra linzalar 10 könüllü üzərində yoxlanılıb. Onlar infraqırmızı siqnalları ayırd edə və infraqırmızı LED-lərin haradan işıq saçdığını müəyyən edə biliblər.
#Çin teqi istifadə olunub
- Çində 3 min dronun iştirakı ilə işıq nümayişi keçirilib
- Çində 1800 illik üç qədim gəmi aşkarlanıb
- Hançjou şəhərində çiçəklərdən qeyri-adi sənət əsərləri yaradılıb
- Handan şəhərində payız mənzərəsi turistlərin diqqətini çəkir
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
