Pleyeri seçin:

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ni geridə qoydu

06 mart 2026 536 baxış

Çin dollar milyarderlərinin sayına görə ABŞ-ni geridə qoyaraq dünyada yenidən birinci yerə yüksəlib.

Bu barədə "Hurun Report" tərəfindən hazırlanan "Hurun Global Rich List 2026" hesabatında qeyd olunub.

Hesabata əsasən, dünyada milyarderlərin sayı ilk dəfə 4 min nəfəri keçərək 4 020-yə çatıb.

Çin 1 110 milyarderlə siyahıya başçılıq edir. Bu, ötən illə müqayisədə 287 nəfər çoxdur. ABŞ isə 1 000 milyarderlə ikinci yerdə qərarlaşıb və burada milyarderlərin sayı bir il ərzində 130 nəfər artıb.

Məlumata görə, siyahıdan 100-dən çox şəxs çıxsa da, dünyada milyarderlərin ümumi sayı il ərzində 578 nəfər artaraq rekord göstəriciyə çatıb.

Siyahıya 726 yeni milyarder daxil olub ki, bu da orta hesabla hər gün dünyada iki yeni milyarderin ortaya çıxması deməkdir. Onların 318-i Çindədir. Siyahıda üçüncü yeri 308 milyarderlə Hindistan tutur. Sonrakı yerlərdə Almaniya (171), Böyük Britaniya (150) və İsveçrə (114) qərarlaşıb. Rusiya 105 milyarderlə yeddinci sıradadır.

Hesabata görə, dünyanın ən varlı şəxsi yenə də İlon Mask olaraq qalır. Onun sərvəti 792 milyard dollar qiymətləndirilir. İkinci yerdə isə 300 milyard dollar sərvətlə Ceff Bezos qərarlaşıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 536 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 536 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 536 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 536 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 536 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 536 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 536 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 536 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 536 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 536 baxış
Seçilmişlər
icon