Pleyeri seçin:
Çində "Yagi" qasırğasına görə minlərlə insan təxliyə edildi
Çinin cənubunda 1,2 milyondan çox sakin “Yagi” qasırğasından müxtəlif dərəcədə zərər çəkib.
Çin Mərkəzi Televiziyası qasırğa nəticəsində 3 nəfərin həyatını itirdiyini, 95 nəfərin yaralandığını bildirib.
Təbii fəlakət şəhər və kənd yerlərində infrastruktura ciddi ziyan vurub, həmçinin nəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub. Şiddətli külək binaların damlarını uçurub, yük maşınlarını aşırıb.
Çin Sədri Si Cinpin qasırğanın nəticələrinin aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib. O, zədələnmiş nəqliyyat, energetika, rabitə və digər infrastrukturların tezliklə bərpa olunmasına, insanların həyat və əmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinə çağırıb.
Kopyalandı
#Çin teqi istifadə olunub
- “WorldSkills Shanghai 2026” yarışına hazırlıq | Kibertəhlükəsizlikdə ölkəmizi 2 gənc təmsil edəcək
- Yaponiya siyasi gərginliyə görə pandasız qala bilər
- Çində kişi 6 aylıq evlilikdən sonra arvadını məhkəməyə verdi
- Sensasiya: İki nəhəng avtomobil şirkəti Çinə qarşı birləşdi
- Çində qorxulu anlar | Ayı təlimçisinə hücum etdi
