Çində virusun yeni ştammı aşkarlandı | Hökumət təcili tədbirlərə başladı
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi meymunçiçəyi virusunun yeni ştammının klaster partlayışını aşkar edib.
Bu barədə mərkəzin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.
Bildirilib ki, infeksiyanın mənbəyi əcnəbi vətəndaşdır. Onun bir müddət əvvəl Konqo Demokratik Respublikasına səyahət etdiyi və orada yaşadığı öyrənilib.
Klaster partlayışı qısa müddət ərzində müəyyən coğrafi ərazidə və ya müəyyən insan qrupu arasında bir neçə xəstəlik halının qeydə alındığı vəziyyətdir.
Bu, xəstəliyin insandan insana keçdiyini və ya ümumi infeksiya mənbəyi ilə əlaqəli olduğunu göstərə bilər.
Klaster partlayışları çox vaxt epidemioloji araşdırmaların aparılması, risklərin qiymətləndirilməsi və infeksiyanın daha da yayılmasının qarşısının alınması üçün səhiyyə orqanları tərəfindən xüsusi diqqət tələb edir.
Bununla əlaqədar olaraq Çin hökuməti Çjetszyan, Quandun əyalətləri, Pekin, Tyantszin şəhərləri də daxil olmaqla bir çox ərazilərdə epidemioloji araşdırma, risklərin qiymətləndirilməsi, xəstələrin diaqnostikası, həmçinin müalicəsi üçün birgə profilaktika və nəzarət mexanizmini təcili şəkildə aktivləşdirib.
Yoluxmuş şəxslə sıx təmasda olan insanlar arasında dörd əlaqəli hal aşkar edilib. Onlarda səpgi və herpes kimi nisbətən yüngül gedişatlı simptomlar müşahidə olunur.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
