COVID-19 süni şəkildə yaradılıb? | Araşdırmanın nəticəsi ortaya çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
“COVID-19 təbii olaraq deyil, süni şəkildə yaradılıb”.
Belə bir açıqlama ilə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi çıxış edib.
Yeni qiymətləndirmə Çində virusun yayılması, elmi tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumatların təhlilinə əsaslanır.
Senatın Kəşfiyyat Komitəsinin sədri Tom Kotton araşdırmanın nəticələrini dəstəkləyərək, rəsmi Pekinin virusun yayılmasına görə məsuliyyət daşımalı olduğunu bildirib.
Çinin Vaşinqtondakı səfirliyi isə koronavirusun laboratoriyada yaranması ilə bağlı iddiaları təkzib edərək, bunu siyasi manipulyasiya adlandırıb.
Qeyd edək ki, COVID-19 ilk dəfə 2019-cu ilin sonlarında Uhanda ortaya çıxıb. 2020 və 2021-ci illərdə sürətlə bütün dünyaya yayılaraq müasir tarixin ən böyük pandemiyalarından birinə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib.
#Çin teqi istifadə olunub
- Çində 3 min dronun iştirakı ilə işıq nümayişi keçirilib
- Çində 1800 illik üç qədim gəmi aşkarlanıb
- Hançjou şəhərində çiçəklərdən qeyri-adi sənət əsərləri yaradılıb
- Handan şəhərində payız mənzərəsi turistlərin diqqətini çəkir
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
