Pleyeri seçin:

Culian Assanj sərbəst buraxıldı | “WikiLeaks”in rəhbəri nəyi etiraf edəcək?

25 iyun 2024 503 baxış

Culian Assanj azadlığa çıxıb.

“WikiLeaks”in rəhbəri Culian Assanj 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından çıxaraq ölkəni təyyarə ilə tərk edib. Bu barədə “WikiLeaks” məlumat yayıb.

“O, 1901 gün keçirdiyi Belmarşı iyunun 24-ü səhər tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində buraxıb. Assanj aeroporta gedib, təyyarə ilə Böyük Britaniyanı tərk edib”, – deyə təşkilatın “X” hesabında qeyd olunub.

“WikiLeaks” həmçinin Culian Assanjla ABŞ prokurorluğu arasında günahın etirafına dair razılığa gəlindiyi barədə ABŞ məhkəməsinin məlumatını təsdiqləyib. Buna rəğmən, təşkilat qeyd edib ki, razılıq hələ tam deyil.

Bir müddət öncə Şimali Marian Adalarının Federal Dairə Məhkəməsi həmin razılaşma çərçivəsində Assanjın günahının bir hissəsini etiraf edə biləcəyinə dair sənəd dərc etmişdi. Məlumata görə, bu, ona beş ildən sonra azadlığa çıxmaq şansı verir.

Assanjın ittihamın müəyyən hissəsini qəbul edə biləcəyi məhkəmə iclası Saypan adasında iyunun 26-da olacaq.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 503 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 503 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 503 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 503 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 503 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 503 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 503 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 503 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 503 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 503 baxış
Seçilmişlər
icon