Pleyeri seçin:

Danimarkanın yeni gerbində diqqətçəkən məqamlar | Trampın böyük oğlu Nuuk şəhərinə səfər edəcək?

07 yanvar 2025 241 baxış

Danimarka Kralı X Frederik ötən ilin sonunda dövlət rəmzlərindən biri olan Kral Gerbinin dəyişdirilməsi barədə göstəriş verib.

Gerbin yeni variantında Danimarka Krallığının muxtar vilayətlərinin – Farer adalarının və Qrenlandiyanın simvollarına daha çox diqqət yetirilib.

Britaniyanın “The Guardian” qəzeti gerbin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Qrenlandiyanı “almaq” istəyi ilə bağlı açıqlamaları fonunda dəyişdirildiyinə diqqət çəkib. Dünyanın ən böyük adası D.Trampa görə ABŞ-nin təhlükəsizliyini təmin etmək üçün son dərəcə vacibdir. Danimarka hakimiyyəti isə dəfələrlə Qrenlandiya üzərində suverenlikdən imtina etməyəcəklərini bəyan edib.

Danimarkada üç aslan təsviri olan dövlət (milli) gerbi və daha mürəkkəb Kral Gerbi var. Kral Gerbi son 200 ildə dördüncü dəfə dəyişdirilib. Bununla belə, son 500 ildə ilk dəfə olaraq ondan üç tacın təsvirləri çıxarılıb. Bu taclar 14-16-cı əsrlərdə mövcud olan Danimarka, Norveç və İsveçin Kalmar İttifaqını təmsil edirdi. Kral X Frederik həmin tacların “artıq aktual olmadığını” hesab edir. Eyni zamanda gerbin yeni dizaynında muxtar bölgələrin rolunun vurğulanması diqqət çəkir.

Danimarka Kralı Yeni il müraciətində də dövlətin birliyindən danışıb. Lakin muxtar Qrenlandiyanın Baş naziri İnuit Lal Egede Yeni il nitqində adanın müstəqilliyinin lehinə danışıb.

Qeyd edək ki, D.Trampın böyük oğlu, kiçik Donald Tramp tezliklə Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə birgünlük səfər etməyi planlaşdırır.

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Ermənistan bankları rusiyalılara niyə xidmət göstərməkdən imtina edir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 241 baxış
Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Rusiyanın 347 ədəd helikopteri məhv edilib

Dünya
21 dekabr 2025 241 baxış
İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

İsrail Ordusu Suriyanın cənubuna daxil oldu

Dünya
21 dekabr 2025 241 baxış
Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Nazirliyin saytından 16 sənəd yoxa çıxdı

Dünya
21 dekabr 2025 241 baxış
Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Portuqaliya qoşunlarını Ukraynada yerləşdirə bilər

Dünya
21 dekabr 2025 241 baxış
Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Döyüşlər səbəbindən bir milyon insan təxliyə edilib

Dünya
21 dekabr 2025 241 baxış
Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Layihə ABŞ ilə Rusiyanın yaxınlaşmasında mühüm rol oynaya bilər

Dünya
21 dekabr 2025 241 baxış
Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Ağ Evdə keçmiş prezidentlərlə bağlı məlumat lövhələri asılıb

Dünya
21 dekabr 2025 241 baxış
Tərəflər arasında şiddətli döyüşlər davam edir

Tərəflər arasında şiddətli döyüşlər davam edir

Dünya
21 dekabr 2025 241 baxış
Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Putinin Ukrayna ilə bağlı növbəti planı nədir? - Baku TV CANLI

Dünya
21 dekabr 2025 241 baxış
Seçilmişlər
icon