Pleyeri seçin:

Davudoğlunun AKP ilə bağlı son açıqlamaları ilə diqqət çəkdi | Prezident çağırarsa, gedərəm…

20 dekabr 2024 482 baxış

Türkiyədə fəaliyyət göstərən “Gələcək” Partiyasının başqanı Əhməd Davudoğlu AKP ilə bağlı son açıqlamaları ilə diqqət çəkir.

Konyada keçirdiyi mətbuat konfransında “Mən ruhən AK Partiyadan heç ayrılmamışam”, – deyən Ə.Davudoğlu daha sonra canlı yayımda əlavə edib: “Prezident çağırarsa gedərəm”.

Bu açıqlamalar sosial mediada geniş əks-səda doğurub, bir çox istifadəçi tərəfindən “U dönüşü” kimi qiymətləndirilib.

AKP hökumətlərində xarici işlər naziri, baş nazir kimi vəzifələrdə çalışan, lakin 2016-cı ildə istefaya məcbur edilən və iqtidardan kənarlaşdırılan Əhməd Davudoğlu dünən KRT-nin sualını belə cavablandırıb:

“O kütlələrin tarixi AK Partiyadan başlamır, 28 fevraldan, 12 sentyabrdan başlayır. Yassıada məhkəmələri ilə başlayır. Mən o kütlələrdən gəldim, o mühafizəkar kütlələrin sözçüsü və müəllimi oldum. “AK Partiyanın yanındayam” deyərkən nəzərdə tutduğum odur ki, AK Partiyanın bugünkü kadrları o günün prinsiplərini tərk ediblər, amma mən onlardan əl götürməmişəm”.

Ə.Davudoğlunun siyasi mövqeyi və gələcək addımları ilə bağlı maraq artsa da, ictimaiyyət bu müzakirələrin necə formalaşacağını diqqətlə izləyir.

Qeyd edək ki, “Gələcək” Partiyası CHP-nin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisində 10 deputatla təmsil olunur.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 482 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 482 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 482 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 482 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 482 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 482 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 482 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 482 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 482 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 482 baxış
Seçilmişlər
icon