Dəhşətli hadisədə 2 nəfər ciddi, 9 sərnişin yüngül xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərənin Şərqi Sasseks qraflığında sərnişin qatarı relsdən çıxıb.
Hadisə Heyvards Hit və Luis şəhərləri arasındakı dəmir yolu xəttində baş verib.
İlkin məlumata görə, qatarın azı iki vaqonu relsdən çıxaraq aşıb. Nəticədə 11 nəfər xəsarət alıb.
Britaniya Nəqliyyat Polisi hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin cəlb olunduğunu bildirib.
Qatarda olan sərnişinlərdən biri hadisə zamanı vaqonun qəfil yuxarı qalxdığını deyib.
"Sky News"un verdiyi məlumata görə, açıqlamada deyilir: "Bu mərhələdə iki xəstənin ciddi xəsarət aldığını təsdiqləyə bilərik. Doqquz xəstə isə daha yüngül yaralanıb. Xəstələr hadisə yerində müayinə və müalicə olunub. Bəziləri əlavə müalicə üçün yerli xəstəxanalara aparılıb".
Londondan İstborna gedən qatarda təxminən 150 nəfər olub. Böyük Britaniyanın nəqliyyat naziri Haydi Aleksander hadisədən dərin narahatlıq keçirdiyini bildirib.
#Böyük Britaniya teqi istifadə olunub
- Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb
- İran Londonla münasibətlərdə gərginliyi artıran qərar qəbul edib - Baku TV CANLI
- Orta əsrlərin cəngavər döyüşləri fərqli formatda keçirilib
- Ukraynaya ayrılan 10 milyardlıq yardımın 7 milyardı iqtisadi yardıma, 3 milyardı silah tədarükünə gedəcək
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
