Donor ölkələr hərəkətə keçdi | Dünya Bankına köçürülən milyardlar nəyə xərclənəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Donor ölkələr Dünya Bankının ən yoxsul ölkələr üçün fondunun üç il müddətində artırılmasına 100 milyard dollar ayırmağı vəd ediblər ki, bu da onların çox ağır borclara, iqlim fəlakətlərinə, inflyasiyaya və münaqişələrə qarşı mübarizəsinə mühüm dəstək olacaq.
Bunu Dünya Bankı Seulda aşağı gəlirli 78 ölkəyə çox kiçik faiz dərəcələri ilə qrant və kreditlər verən Beynəlxalq İnkişaf Assosiasiyasına ödəmələrlə bağlı keçirilən konfransda bəyan edib.
“Reuters” yazır ki, iki gün davam edən vəsait toplama konfransının məqsədi Afrika dövlət başçılarının nail olmaq istədikləri 120 milyard dollarlıq hədəfə çatmaqdır.
Dünya Bankından bildirilib ki, bu resurslar banka iqlim dəyişiklikliyi problemlərini və digər qlobal böhranları həll etməyə, eyni zamanda iş yerləri yaratmağa imkan verəcək.
#Dünya Bankı teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- Dünya Bankı süni intellektin gələcəyi ilə bağlı proqnoz verib
- Zəlzələdən sonra Venesuelaya dəyən maddi ziyanın hansı sahələri əhatə etdiyi açıqlanıb - Baku TV
- Rusiya Ermənistan iqtisadiyyatını çöküşə aparır? | İrəvanda çətin vəziyyət - Baku TV
- Dünya Bankının Azərbaycanla bağlı proqnozları
