Pleyeri seçin:

Dünyada ilk | Türkiyənin düşmənə qorxu salan "Kızılelma" döyüş təyyarəsi - HƏRBİ XRONİKA

31 avqust 2025 561 baxış

“Yerli və milli” prinsipi ilə özünün tam müstəqil hərbi-sənaye kompleksinin inkişafı yolunda sürətlə irəliləyən Türkiyə Respublikası artıq qarşıya qoyulan bir çox hədəflərə yetişmək üzrədir.

İstər hərbi-dəniz, istərsə də hava hücumundan müdafiə sistemlərinin istehsalında ciddi nəticələr əldə edən qardaş ölkənin əsas uğurları isə milli hava döyüş vasitələrinin inkişafı istiqamətindədir. Pilotsuz uçuş aparatlarının yaradılması və istehsalı üzrə dünya liderləri sırasında yer alan ölkənin növbəti nailiyyəti “Kızılelma” pilotsuz döyüş təyyarəsinin seriya istehsalına keçidi ilə bağlı olub. Bu barədə xəbər döyüş vasitəsinin əsas istehsalçısı olan “Baykar” şirkəti tərəfindən yayılıb.

Qeyd edək ki, müvafiq fakt həm də qlobal müdafiə sənayesi üçün dönüş nöqtəsi sayılır, çünki bu, avtonom şəkildə döyüş tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulmuş reaktiv mühərrikli pilotsuz qırıcı təyyarələrin seriya istehsalına keçidlə bağlı dünyada birinci hadisədir.

“Kızılelma” qanadlı quyruqsuz təyyarə kimi dizayn edilmiş, reaktiv mühərrikli, tam avtonom idarə olunan pilotsuz təyyarədir. Belə aerodinamik konfiqurasiya onun manevr qabiliyyətini artırmağa, səs sürətindən aşağı sürətlərdəki performansını yaxşılaşdırmağa və radar izini azaltmağa imkan verir.

Uçuşun bütün mərhələləri – yerindən hərəkətə başlamaqdan tutmuş havaya qalxmağa, manevr etməyə, hədəfin vurulmasına və enişinə qədər tam avtonom rejimdə həyata keçirilir. “Kızılelma” həm təkbaşına, həm də digər dronlar və pilotlu sistemlərlə şəbəkə əlaqəsində olmaqla hücum dəstəsinin bir hissəsi kimi fəaliyyət göstərir.

Baku TV “Kızılelma” pilotsuz döyüş təyyarəsinin bu və digər özəllikləri ilə bağlı araşdırmanı təqdim edir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 561 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 561 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 561 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 561 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 561 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 561 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 561 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 561 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 561 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 561 baxış
Seçilmişlər
icon