Dünyada yalnız 250 insanda rast gəlinən nadir xəstəlik
Kaliforniyada yaşayan Tessa Hansen-Smit adlı qadın yer üzündə cəmi 250 insanda olan allergik xəstəliyə tutulub.
25 yaşlı qızda su allergiyası olan “Aquagenic Urticaria” adlı nadir xəstəlik yaranıb. Bu xəstəlik onun dərisində izlərin və qurd eşənəyinin əmələ gəlməsinə səbəb olur. Hətta göz yaşları və tərlə də ortaya çıxır. 8 yaşından bəri bu xəstəliklə mübarizə aparan Tessa duşdan çıxanda dərisində böyük izlərin qaldığını və baş dərisinin ağrıdığını söyləyib.
“Su içən zaman boğazımda və bədənimdə yanma hissi yaşayıram. Buna görə də su əvəzinə süd içirəm. Südün tərkibindəki yağlar, zülallar və şəkərlərin su molekullarının immunitet sistemini yan keçməsinə kömək edərək narahatlığı aradan qaldırır. Duş qəbulu başqaları üçün şəxsi qayğı ola bilər. Lakin mən duşda 5 dəqiqədən çox qalanda huşumu itirməməyə çalışıram”.
Tessa xəstəliyinə görə tez-tez başqaları tərəfindən şübhə ilə qarşılanır. Bəzi insanlar hətta onun allergiyasını sınamağa çalışırlar.
Qeyd edək ki, xəstəliyin dəqiq səbəbləri bilinməsə də, əsasən qadınlara təsir edir.
#ABŞ teqi istifadə olunub
- İsrailin də iştirakı ilə İrana qarşı daha genişmiqyaslı əməliyyat başladılacaq? - Baku TV CANLI
- Teylor Sviftin mahnıları Ağ Ev və Trampın paylaşımlarından silinib
- Ceyms Devid Vensdən İranla danışıqlar barədə açıqlama
- Pezeşkian ölkədə iqtisadi vəziyyətin onu ciddi şəkildə narahat etdiyini açıqladı - Baku TV
- Yaxın Şərqdəki müharibə ABŞ-ni çətin vəziyyətdə qoydu - Baku TV CANLI
