Pleyeri seçin:

Dünyanı lərzəyə salan Çin silahları | Pekindəki hərbi paradda güc nümayişi

03 sentyabr 2025 583 baxış

Pekində parad keçirilib. Paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub.

Parad zamanı uzaqmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub.

Bundan başqa, qitələrarası raket olan "DF-5C" də nümayiş etdirilib. Bu, 1970-ci illərdən bəri inkişaf etdirilən raket proqramının ən son versiyasıdır.

Raket maye yanacaqla işləyir və bir hədəfə qarşı çoxsaylı, müstəqil idarə olunan döyüş başlıqları buraxa bilir. Raket 20 min kilometr məsafədə istənilən hədəfi vurmağa qadirdir.

Beləliklə, Çin ilk dəfə olaraq dənizdən, qurudan və havadan buraxıla bilən nüvə başlıqlı raketlərini birlikdə sərgiləyib. Bu, ölkənin nüvə silahlarının "üçlü" daşıma qabiliyyətini göstərən ilk hadisə olub.

Bu silahlar Çinin "suverenliyini və ləyaqətini qoruyan əsas strateji qüvvə" hesab olunur.

Paradda ABŞ-nin aviadaşıyıcı gəmilərinin maketlərinə qarşı sınaqdan keçirilmiş hipersəs sürətli gəmivuran raketlər də nümayiş olunub. Bunlara "Yingji-19", "Yingji-17" və "Yingji-20" daxildir.

Çin həm sualtı, həm də havada fəaliyyət göstərə bilən pilotsuz aparatları da nümayiş etdirib. Söhbət kəşfiyyat və zərbələr üçün istifadə oluna bilən dronlardan gedir. Həmçinin gəmilərdən buraxıla bilən pilotsuz helikopterlər də təqdim olunub.

Kopyalandı
Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 583 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 583 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 583 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 583 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 583 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 583 baxış
Seçilmişlər
icon