Dünyanın ən ağır pilotsuz yük təyyarəsi təqdim edildi
Çin ağır pilotsuz aviasiyanın inkişafında növbəti addımı ataraq, dünyada ən ağır yük daşıyan dron kimi təqdim edilən "Changying-8” modelinin ilk uçuşunu həyata keçirib.
Aparat yüksək yükqaldırma qabiliyyətini qısa uçuş zolaqlarından qalxma imkanı ilə birləşdirir və uzaq, yüksək dağlıq və ada ərazilərində logistika əməliyyatları üçün nəzərdə tutulub.
"Changying-8”in ilk sınağı Çinin mərkəzində yerləşən Henan əyalətində baş tutub. Pilotsuz aparat cəmi 280 metr qaçışdan sonra havaya qalxıb və təxminən 30 dəqiqə uçuş həyata keçirib.
Sınaqlar zamanı mühəndislər əsas sistemləri – avionikanı, güc qurğusunu və intellektual uçuş idarəetmə sistemini yoxlayıblar.
"Changying-8” iri qabaritləri və yük imkanları ilə seçilir. Onun maksimal uçuş kütləsi yeddi tona çatır. Bununla yanaşı, aparatın öz çəkisi təxminən 3,5 ton, yükgötürmə qabiliyyəti isə eyni həcmdədir.
#Çin teqi istifadə olunub
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM
- ABŞ və Çin liderlərinin görüşü iki ölkə arasındakı münasibətlərə necə təsir göstərə bilər? - Baku TV
- Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb
- Çində insanabənzər robotların kütləvi istehsalına start verilib
