Əgər elədirsə, onları həbs edib... | Putindən Fransanın ittihamlarına sərt cavabı
“Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməli idim ki?!”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxış edərkən bildirib. O, Durovla Bakıda görüşmədiyini açıqlayıb.
“Durovla uzun illər öncə Moskvada, Kremldə görüşmüşəm. O, mənə gələcək planları haqqında danışdı. Mən mütəmadi olaraq iş adamları ilə görüşürəm. O vaxtdan bəri biz bir-birimizi görməmişik və əlaqə saxlamamışıq. Niyə onunla Bakıda görüşməliyəm? Onun Bakıda olduğunu da bilmirdim. Əgər görüşmək istəsəm, harada olsa görüşərəm, amma bu baş verməyib”, – deyə Rusiya Prezidenti bildirib.
Vladimir Putin əlavə edib ki, Fransa hakimiyyəti Rusiyaya qarşı seçici siyasət aparır. Əgər bu belə olmasaydı, digər iş adamlarını, sahibkarları da saxlamalı idilər.