Əgər Zelenski mövqeyini dəyişərsə... | Maykl Uoltz
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii ehtiyatlarla bağlı ABŞ‒Ukrayna danışıqları bərpa olunacaq”.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts “Fox News” telekanalına verdiyi müsahibəsində bildirib.
“Biz V.Zelenskidən eşitməliyik ki, o, baş verənlərdən peşmandır, faydalı qazıntılar üzrə sövdələşməni imzalamağa və sülh danışıqlarında iştirak etməyə hazırdır”, ‒ deyə M.Uolts bildirib.
O qeyd edib ki, V.Zelenski ABŞ ilə münaqişəyə səbəb olmaqla nadir torpaq metalları üzrə artıq razılaşdırılan sazişə yenidən baxmağa çalışıb.
D.Trampın müşavirinin sözlərinə görə, mövqeyə yenidən nəzər salmaq çağırışı elə də böyük bir xahiş deyil.
Maykl Uolts həmçinin bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna resursları ilə bağlı saziş üzrə müzakirələrin bərpasına hazırdır.
#Ukrayna teqi istifadə olunub
- Ankara hərəkətə keçdi
- Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Türkiyə Rusiya və Ukrayna taxılının ixracını bərpa etməyə çalışır - Baku TV
- Ukrayna müharibəsinin taleyi yenidən diqqət mərkəzindədir - Baku TV CANLI
- Avropa Komissiyası 2027-ci il üçün maliyyə ayrılmasını təsdiqləyib
