Pleyeri seçin:

Ən sakit ölkəni qana bulayıb lüks həbsxanada qalan terrorçu | ARAŞDIRMA

06 avqust 2024 440 baxış

Baku TV 2011-ci il iyulun 22-də Oslonun mərkəzində hökumət binası yaxınlığında partlayış törədən, Utoya adasındakı düşərgədə 69 nəfəri güllələyən, bir gündə 77 nəfəri öldürən, 151 nəfəri yaralayan, Norveçdə İkinci Dünya müharibəsindən sonra ən dəhşətli insan qətliamının səbəbkarı olan ifrat sağçı neonasist Anders Berinq Breyvik haqqında araşdırmanı təqdim edir.

Anders Breyvik 2009-cu ildə tərəvəz yetişdirmək üçün müəssisə açır, böyük miqdarda gübrə almaq və yaxın gələcəkdə onlardan partlayıcı maddə hazırlamaq imkanı əldə edir. Hərbi xidmətdə olmadığı üçün atıcılıq kurslarında sərrast atəş açmağı öyrənir. O, 2010-cu ildə silah alır, 1500 səhifəlik manifest yazır və terror aktından əvvəl internetdə 12 dəqiqəlik canlı yayımda fikirlərini bölüşür.

2011-ci il iyulun 22-də Breyvik mikroavtobus icarəyə götürərək, 950 kiloqram partlayıcı maddə, ammonium nitrat və dizel yanacağı ilə doldurur. O, avtobusu dövlət binaları kompleksinin yaxınlığında Qrubbeqata küçəsində saxlayır. Saat 15:25-də 7 nəfərin ölümü ilə nəticələnən partlayış törədir və polisin çaşqınlığından istifadə edərək qaçır. Breyvik polis formasını geyinib, əvvəlcədən hazırladığı avtomobilə minir və Utoya adasına gedir. Kiçik adaya bərə ilə gələn Breyvik əvvəlcə düşərgə komandirini və təhlükəsizlik xidmətinin rəhbərini güllələyir. Daha sonra düşərgəyə gələrək çadırlarda dincələn gəncləri terror aktı zamanı necə hərəkət etmələri ilə bağlı təlim keçməyə çağırır.

Kifayət sayda yeniyetmə polis geyimində olan şəxsin ətrafına toplaşdıqdan sonra o, atəş açmağa başlayır. Adada hər kəsi öldürmək niyyətində olan terrorçu yalnız 2 yeniyetməyə rəhm edir. Onlardan birinin 11 yaşı olduğu üçün ona “get, ölmək üçün hələ balacasan”, – deyir. Digər 22 yaşlı gəncin yalvarmasından rəhmə gəlib, onu öldürmür. Yalnız inzibati binada gizlənməyə vaxt tapanlar xilas ola bilirlər.

Ən humanist şəraitli türmələrdən sayılan Norveç həbsxanasında A.Breyvik 24 kvadratmetrlik kameraya salınır. Kamerada kabinet, yataq otağı və idman zalı var. Qapalı həyətdə mühafizəçinin nəzarəti altında gəzib təmiz hava almaq olar. 2012-ci ildə Breyvik 27 səhifəlik məktub yazaraq, televizor, kompüter, video oyunları və müxtəlif texnoloji vasitələrlə təmin olunmasına baxmayaraq, acınacaqlı şəraitdə və təcriddə saxlanmasından şikayətlənib.

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Anklavın bərpasına 2,45 milyard dollar ayrılacaq

Dünya
23 sentyabr 2026 440 baxış
Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Səudiyyə Ərəbistanı alternativ neft kəmərini işə salıb

Dünya
23 sentyabr 2026 440 baxış
ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR

Dünya
23 sentyabr 2026 440 baxış
Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Müharibənin uzanması Rusiyaya nəyə başa gələ bilər? - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 440 baxış
Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Səyahət etmək istəyənlərin nəzərinə | Vizasız səfərlərlə bağlı yeni razılaşma - Baku TV CANLI

Dünya
23 sentyabr 2026 440 baxış
Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Elektromobil istehsalçısı qanun pozuntusu iddialarını rədd edir

Dünya
23 sentyabr 2026 440 baxış
Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Beynəlxalq təşkilatın daha effektiv işləməsi üçün hansı dəyişikliklər təklif olunur? - Baku TV

Dünya
23 sentyabr 2026 440 baxış
Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Qədim yaşayış məskənində maraqlı arxeoloji tapıntılar aşkarlanıb

Dünya
23 sentyabr 2026 440 baxış
Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Tramp Türkiyə Prezidenti ilə bağlı kimlərə mesaj verdi? - Baku TV

Dünya
23 sentyabr 2026 440 baxış
ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

ABŞ Litvadakı hərbi mövcudluğunu daha da genişləndirir

Dünya
23 sentyabr 2026 440 baxış
Seçilmişlər
icon