Pleyeri seçin:

Epşteyn işi ilə bağlı video və şəkillər yayımlandı

31 yanvar 2026 733 baxış

ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarına görə məhkum olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynin işi üzrə daha 3 milyondan çox sənədin yayımlandığını elan edib. Bu dəfə 2 min video və 180 min şəkil yayımlanıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, əvvəlki fayllar da daxil olmaqla, bu iş üzrə ümumilikdə 3,5 milyon sənəd dərc edilib.

Xatırladaq ki, Epşteyn 2019-cu il iyulun 6-da Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Prokurorluq 2002-2005-ci illərdə onun Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızların gətirildiyinə dair sübutların olduğunu açıqlayıb. Onlardan ən gənci 14 yaşında olub.

Epşteynin dostları və tanışları arasında təkcə ABŞ-dən deyil, bir çox digər ölkələrdən də çoxsaylı hazırkı və keçmiş dövlət rəsmiləri, sabiq dövlət başçıları, iri sahibkarlar və şou-biznes ulduzları yer alıb.

ABŞ-də maliyyəçiyə qarşı cinayət təqibi 2019-cu ilin avqustunda onun həbsxana kamerasında ölü tapılmasından sonra dayandırılıb.

Tramp öz seçkiqabağı bəyanatlarında dəfələrlə işlə bağlı bütün materialları dərc edəcəyinə söz verib, lakin ABŞ Prezidenti olduqdan sonra uzun müddət onları yayımlamaq istəməyib.

Noyabrın 20-də Tramp Epşteyn işinə dair materialların 30 gün ərzində dərc edilməsi barədə fərman imzalayıb. Dekabrın sonunda Ədliyyə Nazirliyi bəzi faylları dərc edib, lakin tənqidçilər dəfələrlə hər şeyin dərc edilmədiyini bildirirdilər.

Bundan əlavə, yayımlanmış sənədlərdə məlumatların bir hissəsi silinib. KİV yazır ki, yeni dərc edilmiş fayllarda da bir çox şey redaktə edilib və silinib. Bu tənqidə cavab olaraq yeni faylların dərc edilməsi ilə bağlı mətbuat konfransı keçirən ABŞ Baş prokurorunun müavini Todd Blanş bildirib ki, Ədliyyə Nazirliyi bu sənədləri daha əvvəl dərc edə bilməzdi, çünki qurbanları qorumaq lazım idi. Onun sözlərinə görə, Ədliyyə Nazirliyi çox böyük sənədləri yoxlamalı və zərər çəkmiş şəxslərə ziyan vura biləcək məlumatları çıxarmalı idi.

Banner
Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Husilərin Ər-Riyada hücumu Yaxın Şərqdə yeni qarşıdurma yarada bilərmi? - Baku TV

Dünya
11 oktyabr 2026 733 baxış
Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Rusiyaya PUA hücumu rəqəmsal sistemləri iflic etdi

Dünya
11 oktyabr 2026 733 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət

Dünya
11 oktyabr 2026 733 baxış
Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Coğrafi adlar siyasi ambisiyaların hədəfinə çevrilir? | ABŞ liderindən qəribə fikir - Baku TV CANLI

Dünya
11 oktyabr 2026 733 baxış
El-Ninyo dünyanı necə dəyişəcək?

El-Ninyo dünyanı necə dəyişəcək?

Dünya
11 oktyabr 2026 733 baxış
ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

ABŞ Ədliyyə Nazirliyi hərəkətə keçdi

Dünya
11 oktyabr 2026 733 baxış
Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Vaşinqtonun Rusiya siyasətində ziddiyyət | ABŞ Konqresində qanun layihəsi hazırlanır - Baku TV

Dünya
11 oktyabr 2026 733 baxış
Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Çin alimlərinin kəşfi ulduzların təkamülünə yeni işıq salır

Dünya
11 oktyabr 2026 733 baxış
Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Tramp və Netanyahu mümkün hücumu müzakirə ediblər

Dünya
11 oktyabr 2026 733 baxış
ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

ABŞ İran blokadasını yarmağa çalışan gəmini vurdu

Dünya
11 oktyabr 2026 733 baxış
Seçilmişlər
icon