Dünya
Pleyeri seçin:
Ərdoğan NATO-nun Baş katibi olmaq istəyən Rutteyə tələbləri açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO baş katibi postuna namizədliyini irəli sürən Niderlandın baş naziri vəzifəsinin icraçısı Mark Rutte ilə telefon danışığı aparıb.
Müzakirə zamanı Ərdoğan Rutteyə bildirib ki, Ankaranın alyansın gələcək baş katibindən müəyyən gözləntiləri var.
Telefon danışığı zamanı Türkiyə ilə Niderland arasında ikitərəfli əlaqələr və NATO-nun yeni baş katibinin müəyyənləşdirilməsi prosesi müzakirə olunub. Ərdoğan bu vəzifəyə namizəd olan Rutteyə Türkiyənin yeni baş katiblə bağlı gözləntilərinin olduğunu bildirib.
Ərdoğan qeyd edib ki, AB üzvü olmayan müttəfiqlərin maraqları nəzərə alınmalıdır.
Kopyalandı
Seçilmişlər