Ərdoğan Somali və Efiopiyanı barışdırdı | Türkiyədə tarixi anlar
Yeniliklərdən dərhal xəbərdar olun
“Somali və Efiopiya arasında sülh razılaşması əldə olunub. Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində mühüm razılaşma əldə etdik. Beləliklə, bəzi narazılıqları və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, iki ölkə arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan somalili həmkarı Həsən Şeyx Mahmud və Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
R.T.Ərdoğan qeyd edib ki, bu, dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcu və məsuliyyətidir.
“Burada bəyan etdiyimiz konsensus belə bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və rifahını artıracaq layihələr həyata keçirəcəyik. Bu hiss və düşüncələrlə mən sizin hüzurunuzda onlara bir daha təşəkkürümü bildirirəm və ümid edirəm ki, başladığımız proses faydalı olacaq”, – deyə Türkiyə lideri bildirib.
#Türkiyə teqi istifadə olunub
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
- Türkiyədə sosial şəbəkələrlə bağlı yeni qadağa qüvvəyə minir - Baku TV CANLI
- Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV
- Ərdoğanla Bayramovun görüşündə hansı məsələlər müzakirə olundu? - Baku TV
