Pleyeri seçin:

Əri ilə birgə həbs olunan İndira Qandi nə üçün lənətlənmiş qadın sayılırdı? | ARAŞDIRMA

04 yanvar 2025 423 baxış

Baku TV Hindistanın ilk və yeganə qadın Baş naziri başqa təriqətli insanla evləndiyi üçün özünün və ailəsinin lənətləndiyi deyilən, CBS kanalının keçirdiyi sorğuya əsasən “Minilliyin qadını” seçilən İndira Qandi haqqında araşdırmanı təqdim edir.

Azadlıq uğrunda mübarizə fəalları olan Hind Xalq Partiyasının üzvü Cavahirləl Nehru və Kamalla Nehrunun ailəsində dünyaya gələn İndira Qandi uşaq vaxtlarından fəallıq göstərib, nümayişlərdə və etiraz aksiyalarında iştirak edib.

O, İngiltərənin əsarətindən azad olmaq uğrunda mücadilə aparan Mahatma Qandi ilə tanış olub və onun məsləhəti ilə 8 yaşında uşaqlardan ibarət toxuculuq ittifaqı yaradıb.

1934-cü ildə şair Rabindranat Taqorun təsis etdiyi universitetə daxil olub. Lakin iki il təhsil aldıqdan sonra Avropaya gedib və 1937-ci ildə İngiltərədə Oksford Universitetinin Somervel Kollecinə daxil olub. İkinci Dünya müharibəsi başladığı üçün yenidən Hindistana qayıtmalı olub.

Cənubi Afrikanın Keyptaun şəhərindən keçərkən, orada ilk dəfə siyasi nitqlə çıxış edib. 1941-ci ildə Hindistana qayıdan İndira gələcək həyat yoldaşı Feroz Qandi ilə tanış olub.

Bir çox insan İndiranın Mahatma Qandi ilə qohumluq əlaqəsi olduğunu düşünsə də, bu, belə deyil. İndira ailə həyatı qurduqdan sonra ərinin soyadını götürüb. İran əsilli pars olan Feroz Qandi atəşpərəst olduğu üçün onların evliliyi hind adətlərinə görə mümkün sayılmırdı. İnanclara görə, ayrı kastadan olan insanların evlənməsi ailəyə lənət gətirirdi. Buna baxmayaraq, gənclər evlənib və azadlıq uğrunda mübarizəni birlikdə davam etdiriblər. Hətta evləndikləri il siyasi baxışlarına görə birlikdə həbs olunublar.

Bəs həyata keçirdiyi islahatlarla ölkəsinin inkişafına nail olan, “Hindistanın anası” adlandırılan İndira Qandi cangüdənləri tərəfindən 33 güllə atəşi ilə necə qətlə yetirilib?

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 423 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 423 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 423 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 423 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 423 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 423 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 423 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 423 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 423 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 423 baxış
Seçilmişlər
icon