Pleyeri seçin:

Ərləri ilə münasibətə girən qadınları təhqir etdirən rəhbər kim idi? - ARAŞDIRMA

24 yanvar 2025 308 baxış

Çində keçən əsrin əvvəllərində baş verən inqilablar, çevrilişlər kasıb kəndli ailəsindən olan Mao Tsedunun həyatında dərin izlər buraxır ki, bu da onun elə gənc ikən marksizm idealogiyasının davamçısı olacağına qərar verməsi ilə nəticələnir.

1949-cu il oktyabrın 1-də M.Tsedun Çin Kommunist Partiyasının nəzarətində olan marksist-leninist birpartiyalı dövlət olan Çin Xalq Respublikasının yaradıldığını elan edir.

1958-ci il qurultayında “Böyük sıçrayış” proqramını önə sürən M.Tsedun bütün ölkəni sənayeləşməyə apardığını açıqlayır. Sovetlərdə kolxoza bənzəyən kommunalar təşkil olunur. Amma bu daha dəhşətli kollektivləşmə idi. Hər kommunaya 2 000 ailə təhkim edilir.

Onun 1958-ci il fevralın 15-də verdiyi qərara əsasən, sərçə, ağcaqanad, siçan və milçəklərlə mübarizə başlayır. Çin bioloqlarının araşdırmalarına görə, bu canlılar taxıla ziyan vururdu. Nəzərə alsaq ki, milçək, ağcaqanad və siçanları kütləvi qırmaq mümkün deyil, bu məsələ unudulmağa başlayır. Siyahıda yalnız sərçələr qalır və çinlilər onları kütləvi surətdə qırmağa başlayırlar.

Sərçələr məhv olunandan sonra Çin tırtılların və çəyirtkələrin çoxalaraq taxıla zərər verməsi ilə üz-üzə qalır və ölkə M.Tsedunun siyasəti nəticəsində tarixin ən böyük aclığı ilə sınanır.

Kommunalarda isə insanlar qul kimi işləyirdilər. Şəxsi həyat onların başını qatmasın deyə qadınlar və kişilər ayrı-ayrı yaşayırdılar.

Jurnalist Yan Tsijenin sözlərinə görə, evli cütlüklərin şəxsi həyatı yox idi:

“Olsa belə, çox gizli baş verirdi. Kimsə həyat yoldaşı ilə münasibətdə olardısa, buna şahid olanlar xəbərçilik edirdilər. Bu zaman qadınlar o qədər alçaldılırdılar ki, bəziləri hətta intihar edirdi”.

Böyük aclığın ən dəhşətli nəticələrindən biri adamyeyənlik idi. 1960-cı ildə Anhui əyalətində 1 289 belə hadisə qeydə alınıb. Fenyangda cütlük səkkiz yaşlı oğlunu boğaraq yeyib. Bəzi valideynlər öz uşağını öldürməyə cəsarət etmirdilər. Övladlarını başqa ailələrin uşaqları ilə dəyişirdilər və onların balalarını yeyirdilər.

Kopyalandı
Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Tarixi abidə 3 gün ziyarətçilərə bağlanmışdı

Dünya
27 sentyabr 2026 308 baxış
Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Hər gün problemlə üzləşdiyi piyada yolunda dəyişikliklər edildi

Dünya
27 sentyabr 2026 308 baxış
Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Roma Papası XIV Leo Parisdə insanları başına topladı

Dünya
27 sentyabr 2026 308 baxış
Tədbirə 10 mindən çox insan qatılıb

Tədbirə 10 mindən çox insan qatılıb

Dünya
27 sentyabr 2026 308 baxış
Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" hərəkatı öz üzərinə götürüb

Dünya
27 sentyabr 2026 308 baxış
Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur

Dünya
27 sentyabr 2026 308 baxış
"Nuxba" və HƏMAS ciddi itkilər verib

"Nuxba" və HƏMAS ciddi itkilər verib

Dünya
27 sentyabr 2026 308 baxış
Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?

Dünya
27 sentyabr 2026 308 baxış
ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

ABŞ-nin şərq sahilləri güclü fırtına ilə üz-üzədir

Dünya
27 sentyabr 2026 308 baxış
Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Tramp onları Ağ Evə buraxmamağa çağırış edib

Dünya
27 sentyabr 2026 308 baxış
Seçilmişlər
icon