Pleyeri seçin:

Ermənistan və Rusiya münasibətlərini pozmaq istəyənlər kimlərdir? | Karasindən sensasiyalı açıqlama

02 iyul 2025 585 baxış

Rusiya Dövlət Duması və Federasiya Şurasının bir sıra yüksək vəzifəli siyasətçiləri Ermənistan hakimiyyətinin son qərarlarını “Ukrayna ssenarisi” ilə müqayisə ediblər.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov bildirib ki, Ermənistanın atdığı addımlar Ukraynanın keçdiyi yola bənzəyir.

“Kanonik kilsəyə qarşı mübarizə, müxalifətin sıxışdırılması və indi də Rusiya telekanallarının qadağan edilməsi – bunlar Ukraynanın izləmiş olduğu yoldur”, – deyə o bildirib.

Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə qeyd edib ki, Ermənistanda kimsə erməni və ruslar arasında düşmənçilik yaratmaq məqsədilə uzunmüddətli oyun qurur. Onun fikrincə, bu prosesin arxasında Qərb xüsusi xidmət orqanlarının izi görünür.

“Erməni ictimaiyyəti ayıq olmalı, siyasətçilər isə faciəvi nəticələrə gətirib çıxaracaq inkişafın qarşısını almaq üçün tədbirlər görməlidirlər”, – deyə Q.Karasin xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin sədr müavini Dmitri Masyuk isə bildirib ki, Ermənistan Moskva ilə dost münasibətləri qoruyub saxlamalıdır. Onun sözlərinə görə, bu, ölkədə qanunçuluğun və sabitliyin təmin olunması baxımından vacibdir.

Rusiya Ermənistanın yaşadığı siyasi çalxalanmanı daxili məsələ kimi qəbul etdiyini bildirsə də, Kreml regionun, xüsusilə də Cənubi Qafqazın açıq geosiyasi qarşıdurma meydanına çevrilməsini istəmir.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 585 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 585 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 585 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 585 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 585 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 585 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 585 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 585 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 585 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 585 baxış
Seçilmişlər
icon