Pleyeri seçin:

Ermənistan yüksək vəzifəliləri qapalı iclasda bir araya gəldi

25 mart 2024 450 baxış

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasında qapalı iclas keçirilib.

Yerli medianın yaydığı məlumata görə, iclasda ölkənin güc strukturlarının rəhbərləri də iştirak ediblər.

Görüşə Ermənistanın müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və daxili işlər naziri Vahe Qazaryan qatılıb.

İclas açıq elan edilsə də, Suren Papikyan məlumatların tam məxfi olduğunu əsas gətirərək toplantının qapalı keçirilməsini istəyib.

Bundan sonra parlamentin müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Koçaryan media nümayəndələrindən zalı tərk etmələrini xahiş edib. Eyni zamanda müdafiə nazirinin çıxışından əvvəl deputatların və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin telefonları dinlənilmənin qarşısının alınması adı ilə yığılaraq xüsusi seyfdə saxlanılıb.

Qeyd edək ki, qapalı iclas başlamazdan əvvəl nazir qısa giriş nitqi ilə çıxış edib. O, çıxışı zamanı 2023-cü ildə Müdafiə Nazirliyinin beş proqramı üzrə dövlət büdcəsindən 526,47 milyard dram, yəni təxminən 1,3 milyard ABŞ dolları ayrıldığını vurğulayıb.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 450 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 450 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 450 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 450 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 450 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 450 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 450 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 450 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 450 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 450 baxış
Seçilmişlər
icon