Pleyeri seçin:

Ermənistanda seçki saxtakarlığı | Karapetyanın partiya üzvlərindən 5 nəfər də saxlanıldı - Baku TV

30 aprel 2026 330 baxış

Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" Partiyası adından fəaliyyət göstərən daha beş nəfər həbs edilib.

Bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində "Güclü Ermənistan" Partiyası adından çıxış edən bir qrup şəxsin 7 iyun 2026-cı ildə Ermənistanın Milli Assambleyasına keçiriləcək seçkilərdə həmin siyasi qüvvəyə səs vermək şərti ilə vətəndaşlara rüşvət, o cümlədən gizli formada pul təklif etməsi barədə məlumat əldə edilib.

Komitədən həmçinin bildirilib ki, iş iştirakçılarının ayrı-ayrı hərəkətləri seçki kampaniyası dövründə xeyriyyəçiliyə qoyulan qadağanın pozulması, eləcə də vətəndaşların mitinqlərdə iştirak etməsi üçün maliyyə yolları ilə həvəsləndirilməsi ilə bağlı olub.

Qeyd edilib ki, cinayət icraatı çərçivəsində bir sıra axtarışlar aparılıb, bundan sonra isə beş nəfər həbs edilib.

Xatırladaq ki, aprelin 16-da Ermənistanda seçki rüşvətinin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan" partiyasının 14 üzvü saxlanılıb. Daha sonra 12 üzvü isə ev dustaqlığına məhkum edilib.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 330 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 330 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 330 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 330 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 330 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 330 baxış
Seçilmişlər
icon