Ermənistanın Qərblə yaxınlığı Rusiyanı qorxudur?
Cənubi Qafqazda geosiyasi xəritə yenidən formalaşır: Ermənistanın Qərblə sürətli yaxınlaşması Moskvanın sərt reaksiyasına səbəb olub. Baku.tv-nin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi İrəvanın ABŞ və Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində dərinləşən əməkdaşlığını "ənənəvi müttəfiqlik münasibətlərinə xəyanət" kimi qiymətləndirib. Rusiya XİN rəsmisi Mixail Qaluzin bildirib ki, Qərb ölkələri Ermənistandan Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün bir alət kimi istifadə edir. Rəsmi Moskva xəbərdarlıq edir ki, NATO standartlarına keçid və KTMT-dən uzaqlaşma Ermənistanın milli təhlükəsizliyi üçün "fəlakətli risklər" yarada bilər. Xüsusilə, ABŞ-ın Ermənistanda kiçik modullu nüvə reaktorları inşa etmək planı və hərbi təlimlərin intensivləşməsi Kremlin ciddi narahatlığına səbəb olub. Videoda Rusiya rəsmilərinin İrəvana ünvanladığı son mesajlar, Ermənistanın Qərbə meyllənməsinin iqtisadi nəticələri və regiondakı hərbi balansın dəyişməsi ətraflı təhlil olunur.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Tehrana səfər edən Lavrov iranlı həmkarı ilə nələri müzakirə etdi? - Baku TV CANLI
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- ABŞ-nin Rusiyaya qarşı sanksiyaları genişlənir | Moskva Pekindən nə gözləyir? - Baku TV
