Dünya
Pleyeri seçin:
Etiraz aksiyaları faciə ilə nəticələndi | Ölənlərin sayı artdı
Banqladeşdə hökumət əleyhinə etirazlarda ölənlərin sayı artıb.
Paytaxt Dəkkədə baş tutan aksiyalar hökumət tərəfdarları və əleyhdarlarının kütləvi toqquşmaları ilə müşayiət olunub.
Tərəflər bir-birinə soyuq silah və küt alətlərlə hücum ediblər. Polis narazı kütləni sakitləşdirmək üçün döyüş güllələri tətbiq edib.
Son məlumata görə, toqquşmalarda 90-dan çox şəxs həyatını itirib. Onlardan 14-ü polis əməkdaşıdır.
Ümumilikdə iyulda başlayan etiraz aksiyaları indiyə kimi 300-dək banqladeşlinin həyatını itirməsi ilə nəticələnib.
Kopyalandı
Seçilmişlər