Pleyeri seçin:
Fatih məscidində insident | İmam və tələbəsi bıçaqlandı
İstanbulun Fatih məscidində bıçaqlı insident baş verib.
Hadisə zamanı məscidin imamı və onun tələbəsi yaralanıb. Hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama verib.
Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19:15 radələrində naməlum şəxs İstanbuldakı Fatih məscidində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalip Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bundan sonra imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb.
Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Ağır yaralanan imam və tələbəsi xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər 2 nəfərin həyati təhlükəsi var.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
- Türkiyə Prezidenti dövlət başçısını TDT-nin Zirvə görüşünə dəvət edib
- Rəcəb Tayyib Ərdoğandan İlham Əliyevə telefon zəngi | Nələr müzakirə olundu? - Baku TV
- Türkiyədə sel fəlakəti ağır nəticələrə səbəb olub | Altı nəfər ölüb - Baku TV
