Finlandiya stasionar telefon rabitəsini dayandırır
Yeniliklərdən dərhal xəbərdar olun
Finlandiya naqilli telefon rabitəsi dövrü ilə rəsmən vidalaşır.
İyulun 1-dən ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" stasionar telefon xətlərinə xidmət göstərməyi dayandıracaq. Beləliklə, Finlandiyanın digər aparıcı telekommunikasiya şirkətləri olan "Telia" və "DNA" da daha əvvəl analoji qərar qəbul etdiklərindən, ölkədə artıq stasionar telefon rabitəsi xidməti göstərən heç bir iri operator qalmayacaq.
Məlumata görə, Finlandiyada naqilli telefon şəbəkəsi XIX əsrin sonlarından fəaliyyət göstərirdi. Lakin son onilliklərdə mobil rabitənin geniş yayılması nəticəsində stasionar telefon istifadəçilərinin sayı kəskin şəkildə azalıb.
2026-cı ilin əvvəlinə "Elisa" şirkətinin cəmi bir neçə min aktiv naqilli telefon bağlantısı qalmışdı. Şirkət artıq bir neçə ildir ki, bu xidmət üzrə yeni qoşulmalar da həyata keçirmirdi. Son illərdə stasionar telefon şəbəkəsindən əsasən ev telefonları, faks rabitəsi və liftlərdə quraşdırılmış fövqəladə əlaqə qurğuları üçün istifadə olunurdu.
#Finlandiya teqi istifadə olunub
- Finlandiya Ukraynada davam edən müharibənin təcrübəsindən hansı nəticələri çıxarır? - Baku TV CANLI
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
- Dünyanı yeni savaş gözləyir? - Finlandiya Kalininqradın dəniz yolunu bağlayacaq? - Baku TV
- Rusiyalı turistlərin Avropaya səfərləri məhdudlaşdırılacaq? - Baku TV
- Finlandiya Prezidentindən iddialı açıqlama
