Firona aid eksponatlar nə vaxt sərgilənəcək? | Tarix bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Firon Tutanxamonun xəzinə kolleksiyasının bir hissəsi yeni muzeyə köçürülüb.
Bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb.
“163 artefakt Böyük Misir Muzeyinə gətirilib, muzeyin rəsmi açılışının iyulun 3-də olacağı planlaşdırılır”, ‒ deyə nazirliyin bəyanatında qeyd olunub.
Məlumata görə, Tutanxamonun “qızıl kolleksiyası”na aid eksponatların bir hissəsi muzeyin rəsmi açılışına hazırlıq çərçivəsində köçürülüb. Sonra digər artefaktlar da oraya daşınacaq.
Köçürülən eksponatlar arasında Tutanxamonun mərasim kreslosu, qızıldan hazırlanmış zinət əşyaları və boyunbağıları var.
Tutanxamonun məzarını 1922-ci ildə Fironlar Vadisində aparılan qazıntılar zamanı britaniyalı arxeoloq Hovard Karter aşkar etmişdi. Sonradan bu kolleksiya, o cümlədən məşhur qızıl maska Tahrirdə yerləşən Misir Muzeyində nümayiş etdirilib.
Yeni Gizə muzeyində Tutanxamonun xəzinələri üçün ayrıca bir zal ayrılacaq.
Misir hakimiyyəti yeni muzeyi “dünyaya hədiyyə” adlandırır və açılışa dövlət başçılarını dəvət etməyi planlaşdırır.
#Misir teqi istifadə olunub
- Misirdə qatarların toqquşması nəticəsində ölənlər və 150-dən çox yaralı var
- İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər
- "Təcili tədbirlər görüləcək" | Misir Səudiyyə Ərəbistanını niyə müdafiə etmək istəyir? - Baku TV
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb
- Misir Prezidenti Səudiyyə Ərəbistanının müdafiəsinə qalxıb - BAKU TV CANLI
