Pleyeri seçin:

Fransa Ermənistana bir çox ölkənin arzusunda olduğu yeni silahlar verdi

09 aprel 2024 410 baxış

“Fransa bir çox ölkənin arzusunda olduğu hərbi texnikanı Ermənistana verib”.

Bunu Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial media hesabında yazıb.

Bildirib ki, ölkənin hərbi zavodlarından biri son aylarda üç ədəd ən müasir “GM 200” radarını məhz Ermənistan üçün ixrac edib.

“Politico” nəşrinin məlumatına görə, sözügedən radar sistemləri havadan gələn təhlükənin vaxtında aşkarlanması üçün nəzərdə tutulub.

Tətbiq olunan yeniliklər sayəsində bu sistemlər pilotsuz uçuş aparatlarını da identifikasiya etməyə qadirdir. Onların arasında “GM 400 Alpha” adlı radar qurğusu xüsusilə fərqlənir. Qiyməti 30 milyon avro dəyərində olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan “GM 200” isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir.

Məlumat üçün bildirək ki, Parisdən 50 kilometr cənubda yerləşən və “Thales” şirkətinə məxsus olan bu zavod əsasən “Ground Master” adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur.

Bildirilib ki, şirkətin ən böyük sifarişçisi elə Fransa dövlətinin özüdür. Buna səbəb isə odur ki, rəsmi Paris şirkətin məhsulu olan hərbi müşahidə vasitələrini aylar öncə Ermənistana göndərməyi qərarlaşdırıb.

Məqalədə o da qeyd olunub ki, şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 ölkənin adı çəkilir.

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb

Dünya
07 sentyabr 2026 410 baxış
Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Tarixi nəqliyyat vasitələri Moskva küçələrində nümayiş etdirilib

Dünya
07 sentyabr 2026 410 baxış
Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Miqrantları daşıyan gəmi təhlükəsizlik qüvvələrinin hədəfinə çevrilib

Dünya
07 sentyabr 2026 410 baxış
İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib

Dünya
07 sentyabr 2026 410 baxış
ABŞ-nin xüsusi təyinatlıları Hörmüz boğazında nə axtarır? - Baku TV CANLI

ABŞ-nin xüsusi təyinatlıları Hörmüz boğazında nə axtarır? - Baku TV CANLI

Dünya
07 sentyabr 2026 410 baxış
Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Hörmüz boğazında gəmi hərəkəti təhlükə altındadır

Dünya
07 sentyabr 2026 410 baxış
İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

İran Hörmüzdəki mövcud vəziyyətə görə ABŞ-ni günahlandırıb

Dünya
07 sentyabr 2026 410 baxış
Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Plazma buludlarının Yerə çatması hansı təhlükələr yarada bilər?

Dünya
07 sentyabr 2026 410 baxış
Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV

Meksikada pirotexniki vasitələr anbarındakı partlayışda çox sayda insan həlak olub - Baku TV

Dünya
07 sentyabr 2026 410 baxış
Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Sürətli arıqlama vəd edən çaylar nə qədər effektlidir?

Dünya
07 sentyabr 2026 410 baxış
Seçilmişlər
icon