Fransa qoşunları Ukraynaya göndəriləcək? | Zaxarova Fransanı tənqid etdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Fransanın xarici işlər naziri Jan-Noel Barrotun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır”, – deyə M.Zaxarova bildirib.
Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot BBC-yə müsahibəsində bildirib ki, Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri özünümüdafiə məntiqi ilə həyata keçirilə bilər.
Xarici işlər naziri həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır. O, Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrana səfər planlayan vətəndaşlara Moskvadan çağırış - Baku TV
- İrana səfər planlayan Rusiya vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
