Pleyeri seçin:

Görünməmiş dələduzluq | Rusiya müdafiə nazirinin keçmiş müavinini hansı cəza gözləyir?

24 iyun 2025 894 baxış

Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Moskva Şəhər Məhkəməsində prokuror ittiham nitqi üzrə çıxış edib.

Prokuror Timur İvanova 14 il 6 ay azadlıqdan məhrumetmə cəzası tələb edib.

Dövlət ittihamçısı T.İvanovun ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsini, onun 2,5 milyard rubl məbləğində dondurulmuş aktivlərinin, Rublyovkadakı əmlakı, avtomobil kolleksiyası və bank hesablarındakı vəsaitlərinin müsadirə edilməsini də istəyib.

Anton Filatov üçün isə altı ay həbs cəzası təklif olunub.

İttihama əsasən, T.İvanov “Interkommerts” bankından 3,9 milyard rublun çıxarılması və yuyulmasında iştirak edib. İttiham aktında qeyd olunur ki, həmin vəsaitlər müxtəlif saxta müqavilələrlə xaricə göndərilərək mənimsənilib.

Bağlı qapılar arxasında keçirilən məhkəmə prosesində T.İvanovla yanaşı, Müdafiə Nazirliyinin tabeliyindəki “Oboronlogistika” şirkətinin keçmiş rəhbəri Anton Filatovun da adı hallanır. Rusiya Cinayət Məcəlləsinin 160.4 və 174.1-ci maddələri ilə hər iki şəxs xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsi və leqallaşdırılmasında ittiham olunurlar.

İstintaq Komitəsinin məlumatına görə, cinayətlər 2015-ci ildə, T.İvanov “Oboronstroy” ASC-nin baş direktoru, A.Filatov isə onun törəmə müəssisəsi “Oboronlogistics”in rəhbəri olduğu vaxt törədilib.

Onların fəaliyyətinə “Interkommerts” bankının o dövrdəki İdarə Heyətinin sədri Aleksandr Buqayevski, Kredit Departamentinin rəis müavini Aleksey Rezvan və “Tourinvest Services Limited” şirkətinin baş direktoru, Almaniya vətəndaşı Feliks Noyberq də daxil olub.

İstintaq bildirir ki, 2015-ci ilin aprelində Müdafiə Nazirliyinin göstərişi ilə iki bərənin alınması üçün ayrılan 901,8 milyon rublun yalnız 685,2 milyonu faktiki alışa xərclənib. Yerdə qalan 216 milyon rubl isə mənimsənilib.

Bundan əlavə, 2015-ci ilin əvvəlində “İnterkommerts” bankının lisenziyası ləğv olunmazdan əvvəl müttəhimlər 3,92 milyard rubl vəsaiti saxta valyuta əməliyyatları vasitəsilə bankdan çıxarıblar. Vəsaitlərin xaricə avadanlıq və tikinti materiallarının alınması adı ilə göndərildiyi, əslində isə şübhəli əməliyyatlarla leqallaşdırıldığı iddia olunur. Müttəhimlər onlara qarşı irəli sürülmüş ittihamları qəbul etməyiblər.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 894 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 894 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 894 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 894 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 894 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 894 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 894 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 894 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 894 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 894 baxış
Seçilmişlər
icon