Pleyeri seçin:
Güclü zəlzələnin baş verdiyi Türkiyədə son vəziyyət | Nələr baş verdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Malatyada baş verən güclü zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə Malatya valisi Seddar Yavuz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkənləri sürətlə düşdüyünə görə xəsarət alıblar. Təbii fəlakət nəticəsində həmçinin üç yaşayış binası qismən çöküb.
Məlumatı ölkənin daxili işlər naziri Ali Yerlikaya təsdiqləyərək qeyd edib ki, söhbət Malatya, Elazığ və Şanlıurfa vilayətlərindəki binalardan gedir.
Nazir bildirib ki, insan itkisi barədə hələ ki məlumat yoxdur. Həmçinin əlavə edib ki, zəlzələ ilə əlaqədar indiyə kimi “112” qaynar xəttinə 374 müraciət daxil olub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
