Pleyeri seçin:
“Gürcü arzusu” prezidentliyə namizədini açıqladı | Seçki ilə bağlı detallar
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının prezidentliyə namizədi bəlli olub.
Bu barədə partiyanın sədri Bidzina İvanişvili Siyasi Şuranın iclasından sonrakı brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, şura bu posta Mixail Kavelaşvilinin namizədliyini irəli sürüb.
Qeyd edək ki, Mixail Kavelaşvili 11-ci çağırış Gürcüstan parlamentinin deputatıdır. O, 2016-2020-ci illərdə “Gürcü Arzusu - Demokratik Gürcüstan” seçki blokundan 9-cu çağırış parlamentin deputatı, 2020-ci ildən isə 10-cu çağırış parlamentin deputatı olub. 2024-cü il martın 20-dən isə “Xalq Hakimiyyəti” partiyasının siyasi katibidir.
Kopyalandı
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
