Dünya
Pleyeri seçin:
Gürcüstan 32 ildir ABŞ-dən istifadə edir?
Gürcüstan anti-Qərb ritorikasına və “Xarici agentlər haqqında” qanun layihəsinə görə Avropa Birliyi və NATO-ya üzvlük perspektivlərini təhlükəyə atır.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
“Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri AB və NATO-ya üzvlük üçün tələb olunan demokratik dəyərlərə uyğun gəlmir və ölkənin Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına qoyur”, – o bildirib.
M.Miller qeyd edib ki, ABŞ 32 ildir Gürcüstan iqtisadiyyatına yardım edir, lakin Tiflis bu dəstəyi yanlış şərh edib və bu onun effektivliyini zəiflədir. O, ABŞ-nin Gürcüstanda nümayişçilərə qarşı güc tətbiqini pislədiyini vurğulayıb.
M.Miller hesab edir ki, Tiflisdə müzakirələrə səbəb olan qanun layihəsi Moskvadan ilhamlanıb.
Kopyalandı
Seçilmişlər