Dünya
Pleyeri seçin:
Gürcüstan Prezidenti mühüm qanunu imzaladı | Aksiyada nələr qadağan olundu?
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Qeyd edək ki, parlamentin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, üzün maska və ya digər vasitələrlə gizlədilməsinə qadağa qoyulub.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşları və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib. Qanun dərc edildikdən dərhal sonra qüvvəyə minib.
Kopyalandı
Seçilmişlər