Gürcüstanda aksiyalar səngimir | Tələbələr qanun layihəsinə etiraz etdi
Gürcüstanda vəziyyət gərgin olaraq qalır.
Bu dəfə tələbələr "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə keçirilən aksiyalara qoşulublar.
Onlar sənədin əleyhinə müxtəlif şüarlar səsləndirərək parlament binasına doğru yürüş ediblər. Nəticədə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti dayanıb.
Paytaxtla yanaşı, Batumi və Kutaisidə də tələbələr etiraz aksiyası keçiriblər. Onlar qanun layihəsi geri çəkilməyənədək universitetlərə getməyəcəklərini bildiriblər.
“Bizim əsas tələbimiz və istəyimiz qanun layihəsinin geri çəkilməsidir. Qanun geri çəkilməyənə qədər universitetlərə, auditoriyalara girməyəcəyik. Heç kəs universitetə getməyəcək. Biz burada dayanaraq tələbimizi sonadək davam etdirəcəyik”, – aksiya iştirakçısı söyləyib.
Məlumat üçün onu da bildirək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi mayın 14-də Gürcüstan parlamentinin plenar sessiyasında üçüncü oxunuşa çıxarılacaq.