Pleyeri seçin:

Gürcüstanda vəziyyəti daha da pisləşdirən məqamlar | Soso Arçvadzedən sensasiyalı açıqlama

31 mart 2025 415 baxış

“Gürcüstanda mənfi təbii artımın qeydə alınması narahatedici vəziyyətdir. Gürcülər tezliklə öz ölkələrində etnik azlığa çevrilə bilərlər”.

“Teleqraf”ın yerli bürosu xəbər verir ki, bunu statistika üzrə mütəxəssis Soso Arçvadze “BusinessPressNews” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, mənfi göstəriciyə görə qırmızı həyəcan siqnalı yanır.

“Vəziyyəti daha da ağırlaşdıran hal Gürcüstandan mühacirət edənlərin sayının yüksək olmasıdır. Yəni Gürcüstanı tərk edən vətəndaşlar ölkəyə gələnlərdən xeyli çoxdur. Digər ölkələrin vətəndaşları ilə bağlı isə müsbət balans müşahidə olunur”, – mütəxəssis söyləyib.

S.Arçvadzenin fikrincə, cəmiyyət və hökumət belə mühüm məsələlərə lazımi diqqət ayırmır:

“Biz iqtisadi artım templəri, iş yerləri, Gürcüstanın beynəlxalq reytinqlərdə tutduğu yerə diqqət yetiririk. Müxtəlif beynəlxalq maliyyə institutlarının Gürcüstanı lider mövqelərə layiq görmələri çox sevindirici olsa da, demoqrafik problem həll olunmasa, bütün bunların heç bir əhəmiyyəti olmayacaq”.

Qeyd edək ki, Gürcüstanın Milli Statistika İdarəsinin 2024-cü il üzrə hesabatına əsasən, ötən il ölkədə 39 483 uşaq doğulub, 43 971 nəfər isə ölüb. Təbii artım (diri doğulanların sayı ilə ölənlərin sayı arasındakı fərq) 4 488 nəfər təşkil edib. 2023-cü ildə də qonşu ölkədə mənfi təbii artım (-2542) qeydə alınmışdı.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 415 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 415 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 415 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 415 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 415 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 415 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 415 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 415 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 415 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 415 baxış
Seçilmişlər
icon