Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.
Bu barədə Baş nazir Avropa Şurasının baş katibi Alen Berse ilə görüşdən sonra bildirib.
“Biz qanunvericilik, o cümlədən “Şəffaflıq haqqında” qanunla bağlı müzakirələr apardıq. Biz müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz bunu həm qanunun qəbulu prosesində, hətta qəbul baş tutduqdan sonra da bildirmişik. Bir daha deyirik ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, sözsüz ki, sözügedən məsələlərin müzakirəsinə, o cümlədən də Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, – deyə İ.Kobaxidze bildirib.
Avropa Şurasının baş katibi isə Tbilisidə keçirdiyi mətbuat konfransı zamanı qanuna dəyişikliyin edilməsi məqsədilə işçi qrupun yaradılacağını açıqlayıb.
Onun sözlərinə görə, Gürcüstan və Avropa Şurasının nümayəndələrindən, o cümlədən də Venesiya Komissiyasından ibarət qrup yaradılacaq və qanunvericilikdə hansı dəyişikliklərin edilməli olduğuna qərar veriləcək.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
