”Güzəştə getməyəcəyik, çox prinsipial mövqe tutacağıq” | Kaxa Kaladze
Yeniliklərdən dərhal xəbərdar olun
“Avropa İttifaqından (Aİ) yeni sanksiyalar təhlükəsi Gürcüstanı narahat etmir”.
Bunu hakim “Gürcü Arzusu” partiyasının Baş katibi və Tbilisi meri Kaxa Kaladze deyib.
“Ölkənin maraqlarına gəlincə, güzəştə getməyəcəyik, çox prinsipial mövqe tutacağıq. Gürcüstanın maraqlarını, gələcəyini və gürcü xalqının maraqlarını müdafiə edəcəyik. Biz öz işimizi görürük, xalqın və ölkənin maraqlarını qoruyan siyasət yürüdürük. Onlar neçə dəfə sanksiya tətbiq edəcəklər? Bir dəfə, iki dəfə, üç dəfə? Başa düşürük, amma bu, ölkənin maraqları ilə bağlıdır”, – Kaladze bildirib.
Tbilisi meri əlavə edib ki, Aİ Gürcüstandan əvvəllər qəbul edilmiş xarici agentlər haqqında qanunu ləğv etməsini tələb edir, amma bu tələb üçün heç bir əsaslandırma təqdim etmir:
“Biz yalnız bir şey istəyirik: digər Avropa ölkələri oxşar qanunun zəruriliyindən danışarkən, bu qanunun niyə problem və ya Avropa dəyərlərinə zidd olduğunu bizə izah etsinlər. Bu qanunu qəbul edərkən məruz qaldığımız hücumları xatırlayırsınız, bu gün də davam edir”.
Aİ-nin Xarici Siyasət Xidmətinin rəhbəri Kaya Kallas bundan əvvəl bildirmişdi ki, ittifaqın 26 üzvü Gürcüstana qarşı sanksiyalarla bağlı razılıq versə də, ölkələrdən biri buna mane olur.
#Avropa İttifaqı teqi istifadə olunub
- Berlin Ukraynaya maliyyə dəstəyi üçün vahid öhdəlik tələb edir
- Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV
- “Müharibənin davam etməsini istəyənlərin maraqlarına xidmət edir” | İtaliya Baş naziri
- Hörmüzdəki gərginlik Avropaya Ukrayna müharibəsindən daha ağır təsir edə bilər? - Baku TV
- Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu
