Pleyeri seçin:

Hakan Fidan beynəlxalq siyasi vəziyyəti şərh edib

30 yanvar 2026 309 baxış

“NATO fəaliyyət göstərə bildiyi müddətcə, Avropa, Amerika və transatlantik təhlükəsizliyin məqsədlərinə xidmət edir. Amma ABŞ və Avropa arasında bölünmüş vəziyyətdə olduğumuzu görsək, düşünürəm ki, Avropa müdafiə qabiliyyətlərini hər hansı bir vasitə ilə artırmalıdır”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə verdiyi müsahibədə deyib.

“Biz təklif edirik ki, Böyük Britaniya, Türkiyə və bəzi əsas Avropa ölkələri bir araya gəlib Avropa üçün yeni təhlükəsizlik arxitekturasının necə olacağı və bu bizim dayanıqlığımızı, gücümüzü və çəkindirmə qabiliyyətimizi gücləndirəcək şəkildə necə olacağı barədə keyfiyyətli müzakirələr aparsınlar”.

“ABŞ Avropa təhlükəsizlik arxitekturasından çıxır. Bu, avropalılar üçün ciddi narahatlıq doğurur” deyən Fidan qeyd edib ki, bölgədə kollektiv və effektiv təhlükəsizlik potensialı olmadan ölkələr Amerika təhlükəsizlik çətirinin əbədi qorunma təmin edəcəyini gözləyərək müxtəlif güclər ətrafında fırlanmalı olacaqlar.

“Beləliklə, bu bölgədə öz ağırlıq mərkəzimizi yaratmalıyıq. Sonra özümüzü transatlantik birlikdən, Çindən və ya Rusiyadan uzaqlaşdırmaq məcburiyyətində qalmayacağıq. Nəticədə böyük güclərlə yüksəkkeyfiyyətli əməkdaşlıq qura biləcəyik”, – deyə o əlavə edib.

Hakan Fidan müsahibəsində həmçinin şərqdəki vəziyyəti də şərh edib. O bildirib ki, Ərəb və İslam ölkələri öz təhlükəsizlik arxitekturasını qurmalı və öz aralarında mütləq etimad mühiti yaratmalıdırlar.

Bölgədəki millət-dövlətlər arasında etimadın olmamasının vurğulayan nazir “Millətlər arasında etimadı gücləndirə bilsək, bu, heç bir ölkənin dominantlığı olmadan sabitliyin və sülhün təmin olunmasına kömək edəcək”, – deyə qeyd edib.

Avropa Birliyini misal gətirən Fidan “Biz regional həmrəylik platforması yaratmaq istəyirik. İki və ya üç ölkə ilə başlaya bilərik, amma zaman keçdikcə bu, regiondakı əksər ölkələri əhatə edən hərtərəfli bir gücə çevrilərsə, bu, ideal olardı”, – bildirib.

Fidan çıxışı zamanı İsrailin İrana mümkün hücumunun hədəfini də açıqlayıb.

“Düşünürəm ki, İsrailin əsas məqsədi İran Ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq”, – deyə nazir bildirib.

Kopyalandı
Suriyada bu qanunsuz silahlı birləşmənin lideri məhv edilib

Suriyada bu qanunsuz silahlı birləşmənin lideri məhv edilib

Dünya
24 iyun 2026 309 baxış
Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?

Peskov Trampın nümayəndələri ilə bağlı hansı mesajı verdi?

Dünya
24 iyun 2026 309 baxış
“Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV

“Bu, ABŞ üçün məğlubiyyətdir” | Qalibafdan İsrail və ABŞ-ni cin atına mindirəcək sözlər - Baku TV

Dünya
24 iyun 2026 309 baxış
Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi

Qalibaf regionda əldə olunmuş son sülh razılaşmalarını şərh etdi

Dünya
24 iyun 2026 309 baxış
İspaniya Baş nazirindən həyat yoldaşı barədə qərara təpki

İspaniya Baş nazirindən həyat yoldaşı barədə qərara təpki

Dünya
24 iyun 2026 309 baxış
"İran son nəfəsini verir, istədiklərimizi edəcək" | Tramp

"İran son nəfəsini verir, istədiklərimizi edəcək" | Tramp

Dünya
24 iyun 2026 309 baxış
"Rusiya və Ermənistan qardaş ölkələrdir" | Dmitri Peskov

"Rusiya və Ermənistan qardaş ölkələrdir" | Dmitri Peskov

Dünya
24 iyun 2026 309 baxış
Müharibədə kritik an: Ukrayna Rusiyanın strateji obyektlərini hədəfə aldı - Baku TV CANLI

Müharibədə kritik an: Ukrayna Rusiyanın strateji obyektlərini hədəfə aldı - Baku TV CANLI

Dünya
24 iyun 2026 309 baxış
Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM

Kiyev Moskvaya təzyiqi artırır: Ukraynanı hansı risklər gözləyir? - AKTUAL GÜNDƏM

Dünya
24 iyun 2026 309 baxış
Aİ Ermənistana bu sahədə yardım etməyi planlaşdırır - Baku TV CANLI

Aİ Ermənistana bu sahədə yardım etməyi planlaşdırır - Baku TV CANLI

Dünya
24 iyun 2026 309 baxış
Seçilmişlər
icon