Dünya
Pleyeri seçin:
Hansı ölkələr Macarıstana qarşı çıxdı? | Orbanın səfərləri narazılıq yaratdı
Avropa Birliyi ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Moskva və Pekinə səfərləri ilə əlaqədar bu ölkənin AB Şurasına sədrlikdən məhrum edilməsi ilə bağlı heç bir konkret tədbir təqdim etməyib.
Bu barədə “Euractiv” portalı avropalı diplomatlara istinadən məlumat yayıb.
“Heç kim Macarıstanın sədrlik müddətinin dayandırılması və ya qısaldılması məsələsini qaldırmayıb”, – deyə portalın həmsöhbətlərindən biri bildirib.
Belə ki, 27 ölkədən 25-i Macarıstanın AB-yə sədrliyinin ilk günlərində V.Orbanın Rusiya və Çinə səfərlərindən narazılığını ifadə edib. Yalnız Slovakiya tənqidi yanaşmayıb və iyulun 10-u keçirilən iclasda bu məsələnin müzakirəsində iştirak etməyib.
Kopyalandı
Seçilmişlər