Hansı partiya hansı şəhərdə nə qədər səs topladı?
Türkiyədə 2024-cü il üzrə keçirilən bələdiyyə seçkisi başa çatıb.
Cümhuriyyət Xalq Partiyası 1977-ci il seçkisindən sonra ilk dəfə 37,74% səslə birinci yerə çıxıb. Hakim Ədalət və İnkişaf Partiyası isə seçki marafonunu 35,49% səslə ikinci yerdə başa vurub və 22 illik iqtidarında ilk dəfə seçkidə məğlub olub.
Yerli medianın məlumatına görə, CHP-nin namizədi Turqay Sevindi keçirilən seçkidə 42,84% nəticə əldə edib. Bununla da adı çəkilən partiya 1977-ci ildən bəri ilk dəfə olaraq Amasyada qələbə çalıb.
Bundan əlavə, daha bir ilk Kırklareli bölgəsində yaşanıb. Həmin bölgədə isə 1999-cu ildən indiyədək ilk dəfə olaraq Milliyyətçi Hərəkət Partiyası qalib gəlib. Partiyanın namizədi Dərya Bulut 41,49% səs toplaya bilib.
2023-cü ildə ərazisində baş verən dəhşətli zəlzələləri ilə yadda qalan Hatayda isə hakim Ədalət və İnkişaf Partiyası üstünlük əldə edib. Namizəd Mehmet Öntürk 44,47% nəticə ilə rəqiblərini qabaqlayıb.