Hindistan və ABŞ arasında enerji əlaqələrinin güclənməsinə yönəlmiş strateji addım
Hindistanın dövlət neft emalı zavodları gələn ildən başlayaraq ABŞ-dən 2,2 milyon ton mayeləşdirilmiş qaz idxalı üçün ilk uzunmüddətli müqavilə imzalayıb.
Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişinin bağlanmasına təkan verə və ABŞ qazının Hindistana ixracını əhəmiyyətli dərəcədə artıra bilər. Hindistanın neft naziri Hardip Puri bildirib ki, müqavilə ölkədə Amerika mənşəli mayeləşdirilmiş qazın payını 0,6%-dən 10%-ə yüksəldəcək.
Bu kontekstdə bildirilir ki, Hindistanda mayeləşdirilmiş qazın istehlakı son 10 ildə 74% artıb. Buna Baş nazir Narendra Modinin aztəminatlı ailələrin biokütlədən daha təmiz yemək bişirmə yanacağına keçidinə kömək etməyə yönəlmiş kampaniyası səbəb olub.
Jurnalistlər imzalanmış müqaviləni Hindistan və ABŞ arasında enerji əlaqələrini gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirirlər. Çünki Yeni Dehli ABŞ bazarına ixrac edilən Hindistan məhsullarına tətbiq olunan rüsumların azaldılması məqsədilə Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.
#Hindistan teqi istifadə olunub
- Hindistanda bayram şənliyində baş verən faciə 17 nəfərin həyatına son qoydu - Baku TV
- "Çin və Hindistan Putinə kömək edir" | Voldimir Zelenski
- Pakistan sərhədində insidentlə bağlı tərəflərdən fərqli açıqlamalar
- Güclü daşqınlar Hindistanda ciddi fəsadlara və insan tələfatına səbəb olub
- İrəvana yeni zərbə gücü | "Pralay" raketləri region üçün təhlükəlidir? - HƏRBİ XRONİKA
